Дети наше будушее?/Uşaqlar bizim gələcəyimizdir?

18. апреля 2018 Мнение 0

AZ/RU

Недавно смотрел фильм «Лев». Сюжет: теряется маленький индийский мальчик, который оказывается за 1600 км от дома, не может никому обьяснить, где он живет. Он испытывает шок, ищет маму и брата. Попадает в приют. Его усыновляет австралийская семья, которая обеспечивает его не только будущим, но и родительской любовью. В роли матери Николь Кидман. Есть сцена, где она объясняет сыну, почему она не родила, а усыновила двоих детей. Это какое же самосознание должно быть у человека, чтобы совершить такой поступок?! Фильм снят на основе реальных событий.

Все пишут, осуждают, ругают все и вся… А вот возьмите и усыновите детей с приютов. Мало им дать только еду, а надо то чего они лишены, родительскую любовь и будущее. Есть пары, которые не могут родить, они же могут осчастливить какого нибудь ребёнка. Вот это будет настоящая человечность. А вы покупаете собак и кошек…

Записал эпизод диалога. Прислушайтесь только.

#rmblog #адобрыйливечер #дети

Yaxınlarda “Şir” adlı filmə baxırdım. Sujeti: kasıb ailədən olan balaca hind uşaq itir və evindən 1600 km uzağa gedir. Uşaq evindən onu Avstraliyadan bir ailə oöulluğa götürür və onu nəinki gələcək, həm də valideyn nəvazişi və sevgisi ilə təmin edir. Ana rolunda Nikol Kidman oynayır. Filmin bir epizodunda, oğul analığına deyir ki,
— Heyif sənin uşağın ola bilməzdi. Sən bizi oğulluğa götürdün. Amma bizim keçmişimiz ilə birlikdə.
— Mənim uşağım ola bilərdi. Amma biz atanla qərara aldıq ki, məhəbbətimizi sizə verək. Axı mən uşaq doğsaydım, dünya ondan daha xoşbəxt olmayacaqdı. Amma sizə biz lazım idik.

İnsan nə qədər dərin və qeyri adi düşüncəli olmalıdır ki, belə mülahizə yürütsün və həyata keçirsin?!

Nədən ailələr gedib bu yetim uşaqları oğulluğa götürüb, onlara gələcək vermirlər?! Niyə gedib it və ya pişik bəsləyirsiniz, insan deyil. Bax bu əsl insanlıq olardı.

Bu dialoqu videoda dinləyin, düşündürür. Film real hadisə əsasında çəkilib.

#rmblog #gülbaşımıza #uşaqlar