Borc

03. сентября 2017 Мнение 0

Borclu borclunun sağlığını istər. (Atalar sözü)

Bir tanış qız var, gözəl göycək, seksi, gülərüz, şən, bacarıqlı və təcrübəli. Hələ qara kəməri də var… karate üzrə. Luboy kişini, və ya iki və daha çoxunu əlbəyaxa döyər. Heç baxanda deməzsən ki, belə incə qızda bu qədər güc var.

Ancaq, əri ilə danışanda və rəftarda elə bil ki, çox acız bir qadındır. Onunla elə danışır ki, elə bil ondan asılıdır. Amma istədiyində onu elə yola gətirir ki… Belələri haqqında deyirlər ki, ilanı yuvasından şirin dilnən çıxarar. Bu onun həyat yoldaşına olan sevgisi və böyük hörmətidir. Amma onu da deyim ki, O qıza o qədər bağlıdır ki, onu itirməmək üçün hər şey edir. Çünki, bilir ki, beləsinə arxa çevirsə, dönəndə artıq o orada olmayacaq. 100% qaçırdacaqlar. Ona görə bir birilərinə çox diqqətlidirlər və xoşbəxt həyat yaşayırlar.

Ailə həyatının xoştbəxliyi qadının ağılı üzərində qurulur. O biri tərəfdən də baxıram, ölkəmizdə nə qədər bədbəxt ailələr var. Statusları oxuyuram ki, akazıvıyıtsa (sən demə) kişilərin borcu banklara deyil, qadınlaradır. «Kişinin borcudur ki, onu eləsin, bunu eləsin.», yəni yazan xanımda heç nə eləməsin. Yəni xalyava.

Azərbaycanda oğlan uşaqları borcla doğulurlar. Anaya, ataya, arvada, uşaqlara, vətənə, xalqa, budcəyə, banka, dost aşnaya, mən nə bilim daha kimlərə…

Bəs sizin nə qədər borcunuz var?

#rmblog #gülbaşımıza #borc