Gəncə Qəhvəsi

01. марта 2019 Мнение 0
Gəncə Qəhvəsi

#1dəfə Gənvcəyə çəkilişə getmişdik. Az yatmışdım deyə, ürəyim qəhvə istəyirdi. Yol gedərkən, FB-də yazdım ki, harda içmək olar filan. Çatanda qonaqpərvər Gəncəli dedi ki, narahat olma, qəhvəaltıya dağlara qalxarıq, orada sənə bizim yerli firmenni kofedən düzəldərlər. 

Vofşem, ağa deyir sür dərəyə… sürdük Göy Gölə tərəf. Nə başınızı ağrıdım, yola düşdük. Az getdik, üz getdik, dərə, təpə, düz getdik, iynə yarım yol getdik, bir dağa çıxdıq. Təbiətin gözəl guşəsində əyləşib, təamlar şifariş verdik. Dedim Qəhvələr gəlsin. Gözlərimizin kökü saralmağa başlamışdı ki, süfrəci (yəni afisiant) sevincək və gülərüzlə gəlməyə bəşladı. Təmtəraqla elə gəlirdi ki, elə bil Şah Xətainin cah cəlalını tapb, gətirir. 

Azərbaycan bayrağı həkk olunan fincanin başında qoz dağı vardı. Dadına baxanda sensorlarım «Danger» deyə mənim beynimə siqnal göndərdilər. Hiss elədim ki, fincanın dərinliklərində rastvarimı kofe var. Sən demə, Aşbaz Nescafeyə ağ şəkər tozu qatıb və onu çalıb (vzbivat eliyib), sonra üstünə qaynar su (kipyatok) töküb ki, penisti (köpüklü) olsun. Üstünə də Qoz Dağı edib ki, lap ləzzətli olsun. Bu yazıx hardan bilə bilərdi ki, Bakıdan gələn QəhvəMandə bu sastava qarşı allegiya var?! Gülümsünərək, minnətdarlığımı bildirdim, vəziyyəti ərz edib, dedim ki, siz lüçşe mənə yaxşı Çay gətirin, amma Qoz Dağsız. 

Gəncə sərgüzəştləri beləliklə yadımda qaldı. Amma yeməklərə söz olmaz, onlar ağızlarının dadını bilirlər. Təndir çörəyi, Qaymaq, Yağ, Bal, Pendir, pomidor yumurta zad… Yenə o dağ olaydı, yeyibi içmək olaydı.

Səhər şəkillərə baxırdım, gördüm, o gün Xatirəmdə canlandı.

#rmblog #gülbaşımıza #qozluqəhvə