Görüşlə bağlı düşüncələr

03. марта 2019 Мнение 0

Ölkə rəhbərliyinin mədəniyyət xadimləri ilə görüşü bəyənilməli hadisədir. Yaxşı təkliflər oldu, Prezident dinlədi və dərhal göstərişlər verdi.

Hamı öz maraq sahəsində nə isə xahiş etdisə, bir təklif ümumxalq mədəniyyəti üçün oldu. Ən çox diqqətimi çəkən təklif Mehriban Zekidən oldu. O kinomatoqrafın dövlət tərəfindən dəstəklənməsi məsələsinə toxundu. Hesab edirəm ki, kino məhz mədəniyyətin özəyindən biridir. Artıq kinonun inkşafı ilə bağlı təkliflərin hazırlanması haqda Prezident fərmanı çıxıb. Hətta Mədəniyyət Nazirliyinə bu sahənin inkişafı üçün 5 milliön manat da ayrılıb.

İkincisi KİV-dir. Onu isə yada salan olmadı. Elə xalqın və cəmiyyətin mədəniyyətini KİV-lər formalaşdırır. KİV deyəndə TV, Radio, xəbər saytları, jurnallar və s. Amma nədənsə mədəniyyət xadimləri onu yaddan çıxarıblar. Bu sahə isə əksinə cəmiyyətin mədəniyyətinə, tərbiyəsinə, dünya görüşünə təsir edir. Yeniyetmələr ona baxıb, oxuyub, elə düşünürlər ki, elə belə də olmalıdır. Çünki, xalq ümumilikdə rəsmi mətbuata inanır və onu etalon kimi qəbul edir. Sizdə tutub durmusuz Zeynəb Xanlaravonın çıxışından. Onun çıxışına onsuz da Fərhad Bədəlbəyli çox mədəni şəkildə öz şərhini yerindəcə söylədi. Diqqəti yayındırmayın.

Bir də deyəndə ki, «onlar özləri üçün heç nə istəməyiblər» təvazökar ifadəsi məni güldürdü. Siz necə təsəvvür edirsiniz ki, kimsə durub desin ki, mənə mənzil, bağ, maşın və pul verməyinizi xahiş edirəm. Çağırıblarsa, artıq böyük şərəf veriblər.

İki də ki, bu nə oyundur ki, Tahir İmanovu «bloka atıblar», o da xahiş edib ki, mənim üzərimə qoyulan «embarqonu» götürsünlər. Görüşdən çıxar-çıxmaz, elə ona imtina edənlər onunla əlaqəyə gitdilər. Bax budur bizim adamların üzü. Həmdə ki, bu şəxsi xahiş idi. İndi İmanovun başına pul xəzəl kimi töküləcək.

Mən isə hamımıza ağıl xahiş edərdim ki, bir az dərin düşünəsiniz, bu hadisəyə boş-boş statuslarla deyil, real təkliflərlə çıxış edəsiniz. Əsl mədəniyyət budur.

Lap yadımdan çıxmışdı, sabahınız xeyir.

#rmblog #gülbaşımıza #mədəniyyət

О мой Блог! ramin-musayev .com