Gün keçdi

02. апреля 2018 Кино 0
Gün keçdi

Bu gun efirdə “Gün keçdi” haqqında danlşırdım. Çox incə süjetli və dərin filmdir. Baxanda köhnə Bakı, onun əhalisi və zamanı görürük. Sovet vaxtı olsa da, qəhrəmanlar və digər şəxslərin nə qədər ziyalı və mədəni olduqlarını görürük. Hətta geyimlər belə o zamanın avropa modasına uyğun olduğuna şahid olursan.

filmini rejisroru Arif Babayevin, ssenari müəllifi isə Anardır. Filmin operatoru isə Rasim İsmaylovdur. Çox lirik musiqinin Bəstəkarı Emin Sabitoğludur. Rolları Həsən Məmmədov və Leyla Şıxlinskaya ifa edirlər.  Fİlmdəki musiqini Mirzə Babayev və Flora Kərimova ifa edirlər.

Kino mütəxəssisləri bu lirik kinopovesti «iki aktyorla rejissor işi» adlandırıdılar. Filmdə söhbət iki gəncin uğursuz məhəbbətindən gedir. Süjet iki qəhrəmanın taleyi, iki xarakterin münasibətləri üzərində qurulub və v Bakının 70-ci illərin əhval-ruhiyyəsini özündə əks etdirir.

Film içəri şəhərin muzey Kimi saxlanılması və onun ətrafında yeni müasir şəhərin salınması mübahisəsi ilə başlayır. Oktay onun tarixi abidə olaraq saxlanılmasını təkid edir.

Əsmər ilk baxışda xoşbəxtdir; onun diplomat əri, qızı, dostları var. Maraqlı səyahətlərdən aldığı gözəl təəssüratları var. Əvvəllər bütün bunlar onu əyləndirsədə, sonralar isə gözündən düşür. Çünki Əsmər hələ də bəzi gənclərimiz kimi həyatda öz yerini tapa bilmir.

Uşaqdan bir-birinə aşiq olan və hisslərini unutmayan qadın və kişi həmin münasibətləri keçmişdə qoyublar. Keçmiş və gələcək «məkan» arayışında təqdim edilən, keçmişdən gələn bir məhəbbət hekayəti. Vaxtaşırı  flashback, yəni ”geridönüş» səhnələri tamaşaçıda nostalgiya duyğusu oyadır.

Film fəlsəfi sonluqla bitir: yalnız keçmişlə, uşaqlıq xatirələri ilə yaşamaq olmaz, hər adamın gələcəyi olmalıdır. Filmdə belə bir fəlsəfi məqam vurğulanır ki, ötən günü geri qaytarmaq mümkün deyil. Bu, Əsmərin bütün hərəkətlərində, film boyu davam edən xatirələrində ortaya qoyulur. Tamaşaçı filmə baxarkən nəsə gözlədiyi kimi, Əsmər özü də gözləyir. Ancaq filmin sonunda o, hiss edir ki, Oqtayla bir-birilərinə lazım deyillər. Təbii ki, keçmiş də keçmiş olaraq qalır.

Film tam ssenariyə uyğun çəkiləməyib. Belə ki, ssenarinin sonluğunu Həsən Məmmədov qəbul etməyib və nəticədə müəlliflər ssenariyə dəyişiklik etmək məcburiyyətində qalırbar.  Həsən Məmmədovun belə deyib ki, ssenariyə əsasən Oqtay Əsməri öz evinə dəvət etməli və onların arasında məhəbbət macəralarını özündə əks etdirən kadr olmalı idi. Mən həmin kadra qəti surətdə etirazımı bildirdim. Mənim sözüm eşidildi və ssenari digər sonluqla başa çatdı. O cür maraqlı kadrlardan sonra Azərbaycan kişisinə yaraşmazdı ki, başqasının həyat yoldaşını evinə gətirsin. İnanın ki, o cür filmə heç kim maraq göstərməzdi də. Filmin gözəlliyi onda oldu ki, məhəbbətin, gənclik illərinin saflığı qorunub saxlanılmaqla lentə alındı.

Baxın ki, hələ o zamanlar azərbaylı kişinin obrazı necə yaradılırdı. Yoxsa ki, bu günki filmlər. Ehh… Gün keçdi.

#rmblog #gülbaşımıza #film #günkeçdi #sabounxeyir

О мой Блог! ramin-musayev .com