iCloud

13. марта 2018 Tech review 0
iCloud

Apple iPhone artıq 10 ildir ki, çox istifadəçinin arzusudur. Hər il yenilənən iPhone-lar yeni və maraqlı funksiyalarla genişlənirlər. Amma iOS əməliyyat sisteminin ən böyük üstünlüklərindən biri isə iCloud servisidir. Təəsüf ki, istifadəçilər bu servislə bağlı məlumatı olmadıqlarından bir çox problemlərlə qarşılaşırlar. Bu videoda sizə onun nədən ibarət olduğunu və necə üstünlüklər təqdim etdiyini danışacağam.

iCloud-la olan problemlər:

  1. Telefon alanda mağazada iPhone-u aktiləşdirməyi və proqram yazmağı xahiş edirlər. Satıcıların çoxusu tənbəllikdən bunu öz iCloud accoutu ilə edir.
  2. Eyni hesabı müxtəlif iPhone-lara yazılır və digər şəxslərlə sinxronizaiya olunur. Məxfi məlumat asanca bölüşür. Hələ iCloud yeni təklif olunanda çox gülünc hadisələr baş verib. Məsələn kişi özünə və həyat yoldaşına iPhone alır və eyni accountla qeyd edir. Sevgili ilə şəkil çəkdirndə o biri telefondada avtomatik peyda olur. İndi gəl sübut elə ki, o xəyanət etməyib, elə belə çılpaq selfi edirlərmiş
  3. Çox şəxs qorxusundan iCloud yazmır ki, problem olar. Amma telefon itsə, oğurlansa, suya düşsə və sair olsa bütün məlumat itir. Kontaktlar, şəkillər, daha nələr nələr.
  4. iPhone haradasa unudanda, və ya oğurlayanda artıq yaddan çıxardın. Təsəvvür edin ki, yeni iPhone X almısan, özüdə kreditə. Avtobusda gedəndə yadından çıxır, oturacağın üstündə qalır, ya cibindən və çantadan düşür. Sən də düşüb gedirsən evə. Bir də baxırsan ki, iPhone X yoxdur, tapmaq şansın da yoxdur. Amma ki, 24 ay krediti verməlisən. Hələ gedib birinə də almalısan.
  5. 2 iPhone istifadə edirsən, güya 2 operatorda olan dostlarına zəng edəndə qənaət edəcəksən. Amma hər dəfə kontaktaları ora yaz, bura yaz. Dvoynoy əziyyət.
  6. Oturmusan divanda MacBook ilə, iPhone da o bird otaqda zaryadkada. Zəng və ya SMS gəlir, sənin də durub getmək axotun yoxdur. Bəs nə etməli? iCloud olsaydı elə Macdan cavab verə bilərdin.

Bütün bu problemlərlə qarşılaşmamaq üçün iCloud accountu yaradın. Bu servis sizə çox kömək olacaq.

World Telecom təqdim etdiyi iPhone 8 Plus smartfonunu ilk olaraq qutudan çıxararaq, sazlayacağam. Bu prosess hər bir iPhone aiddir. İstər 6 olsun, istər 10. Nəzərinizə çatdırım ki, Bakıda iPhone-lara ən sərfəli qiymətlər məhz WT təqdim edir. Apple biznesini dərindən bildiyim üçün, deyə bilərəm ki, bu mağazalarda iPhone-lar yenidir, oriqinaldır və zəmanətlə satıllır.

#rmblog #worldtelecom #icloud #iphone