«Mən Klounam» filmi haqqında

16. января 2018 Кино 0
«Mən Klounam» filmi haqqında

Bu gün Park Cinema-da filmin təqdimatı idi. Baş rolu Shahriyar Abilov ifa edirdi. Baş qəhrəman teatr aktyordur, amma ilk səhnədə kloun maslasında peyda olur. Bilmirəm kim nə gördü və nə anladı, amma mən çıxandan sonra filmin qəhrəmanlarına psixoloji diaqnoz təyin etdim.

Kloun uşaqlıqda ata anasını itirmiş, yetimlik və çətinliklə tək böyüyüb. Arvadı onu atıb gedir, çünki pul zat qazanmır. Bütün günü ağlayır, sevgilisini geri qaytarmaq istəyir. Amma qız qayıtmaq istəyəndə, onu qəbul etmir, hətta çox qəddar imtina edir.

Digər tərəfdə, ailəsini itirmiş əlil qız. Evdə oturub, heç yerə çıxmır. Dəli olmamaq üçün telefonda oğlanlarla tanış olur, onlara nağıl danışır, amma görüşə getmir. Sonradan Klounla tanış olur və bir birini sevirlər. Görüşəndə isə Kloun dəli olur ki, bəs qız heç gəzə bilmir və onu aldadlb ki, atam belə, anam belə, bağ belə, bostan belə… Yenə qəddarlıq edir, az qalır qızı öldürsün.

Parallel başqa nepanyatnı hadisələr də baş verir.

Amma onu deyə bilərəm ki, Kloun kimi insanlar qəddar olurlar, onları alçaldırlar, amma əllərinə imkan düşəndə başqalarından intiqam alır, hətta öldürmək həddinə gəlirlər.

Filmi melodrama adlandırsalar da, məncə psixiloji trillerdir və bu günki cəmiyətimizdə olan insanların vəziyyətini əks etdirir.

#Nəsə. Mən çox dərinə getdim. Filmdə o qədər ağlaşma oldu ki, mən də dərin fikirlərə daldim. Açığını desəm, ağlayan adamları xoşlamıram, bu zəiflikdir. Mübariz olmaq lazımdır, bir də psixoterapevtin yanına getmək. Vəssalam, şüt tamam. Lazım olsa, müraciət edin.

Filmə dəvət üçün təşəkkürləЛала Алекпероваова yedinkasan!

#rmblog #film #mənklounam #parkcinema