Milli flirt

Bu gün «Neylərsən» xalq mahnısını dinləyirdim, sözlərini dinləməyə başlayanda xalq milli flirtinin gözəl nümunəsini gördüm. Dədə babalarımız və nənələrimizdə də az yoxuymuş aaa…

Videosu da kommentdə.

NEYLƏRSƏN

–Sən bir qanadlı quş olsan,

Göylərə uçacaq olsan,

Mən də bir qığılçım olsam,

Səni yaidırsam, neylərsən?

–Sən də bir qığılcım olsan.

Məni yaidıracaq olsan,

Mən bir ovuc darı olsam,

Yerə səpilsəm, neylərsən?

–Sən bir ovuç darı olsan,

Yerə səpiləçək olsan,

Mən cüçəli toyuğ olsam,

Səni dənləsəm, neylərsən?

–Sən çüçəli toyuq olsan,

Məni dənləyəcək olsan,

Mən bir gözəl çeyran olsam,

Düzlərə qaçsam, neylərsən?

–Sən bir gözəl ceyran olsan,

Düzlərə qaçaçaq olsan,

Mən bir mahir ovçu olsam,

Səni ovlasam, neylərsən?

–Sən bir mahir ovçu olsan,

Məni ovlayacaq olsan,

Mən br qızıl alma olsam,

Sandığa girsəm, neylərsən?

–Sən bir qızıl alma olsan,

Sandığa girəçək olsan,

Mən bir paslı açar olsam,

Sandığı açsam, neylərsən?

–Sən bir paslı açar olsan,

Sandığı açacaq olsan,

Mən bəzəkli gəlin olsam,

Sandıqdan çıxsam, neylərsən?

–Sən bəzəkli gəlin olsan,

Sandıqdan çıxacaq olsan,

Mən bir qəşəng oğlan olsam,

Qoynuna girsəm, neylərsən?

#rmblog #gülbaşımıza #flirt