Nə gördülər?

12. июня 2019 Чувства 0
Nə gördülər?

Taleh Yüzbəyovun «Zəhər Tuluğu» 3 filminə baxdım, birmənalı deyil. Özəlliklə də fahişənin etirafı.

Amma hamı nə gördü və nə bölüşdü? +994 adlı oğlanın qıza işilməsi. Elə bu??? #gülbaşımıza Amma orada çox mesajlar var idi: HR, qız atası, sözü üzə çırpmaq və s.

Fahişə məsələsi. Filmdəki epizod bir tərəfdən onun həyatına bəraət qazandırmaqdır. Yəni, günah onda deyil, oğlanlardadır. Onlar öz hərəkətləri ilə onu bu yola təhrik ediblər. Bəli, belə məsələ var. Amma…
Fahişəliklə məşğul olanlar bunları uzun illərdir öz əfsanələrinə çeviriblər. Qadının dediklərində həqiqət var, bu çox iyrənc işdir. Amma bunu qəbul edib, məşğul olursa, deməli bu yolu bilərəkdən seçib. Qızlar tanıyıram, necə stresslərdən keçiblər, amma işləyib, pul qazanıb, normal həyat sürür və özünə bunu qıymır, çünki özünə hörmət edir.

Bir psixoloqdan soruşdum ki, niyə bəzi insanlar bomj olur, niyə işləyib, pul qazanmır? Cavabı oldu ki, onlar istəyərəkdən bu yolu seçir. Biz hamımız öz yolumuzu seçirik. Sadəcə bəraət üçün bunlara müxtəlif don geyindiririk.

Videonun altındakı kommnetləri oxudum, ancaq tərif gördüm. Bir iki nəfər anlayıb, qısa fikrini yazan oldu. Fahişə ilə bağlı fikirlər görmədim, məsələn. Çünki, bunu hamı inkar edir. Təssəüf ki, belə mesajlar insanlara çatmır, çünki onu qəbul etmək istəmirlər. Bu da bizim sosiumun bədbəxtçiliklərindən biridir.

Deməli çox sözüm var, amma…

#омойблог #sabounxeyir #analiz