Nə gördüm

18. мая 2018 Мнение 0
Bir neçə gün əvvəl bu videonun altında çox sarkastik və neqativ kommentlər gördüm. İnsanlar kor olub, hər şeyi neqativ görür. Bəs mən nə gördüm.
 
Xeyirxahlıq. Gənc ata qızı ilə gəlir ki, ev kirayə götürsün. Uşaq deyəndə ki, ata bizim nə zaman evimiz olacaq, rieltor şirkətinin bossu flashbacklə yadına salır ki, o özü də kasıb olan vaxtları olub və qızı da o zaman ona o sualı verib. Amma o zaman imkanı olmayıb. Sonradan çox işləyərək, pul qazanıb və varlanıb. İndi isə bu hadisə ona o durumu yada salır və ürəyi ağrayır, ona görə onlara mənzil hədiyyə edir. Çox xeyirxah hərəkətdir. Video çox primotov çəkilsə də, yenə də çoxsayda xəbər və videolardan daha yaxşıdır.
 
Belə hallar olur, sadəcə sizlərin qorxusundan bunları ictimayyətləşdirmirlər ki, düz anlamazlar. Amma baxın ki, çox hallarda xəstələrə pul yığılanda kimsə böyük məbləği verir, amma adını çəkməsinlər. Hesab edirəm ki, belə halalrı hamı bilməli və nümunə götürməlidirlər.
 
Bax belə işlər, dostum! Bəs sən nə görürsən?
 
#rmblog #sabounxeyir #gülbaşımıza