Porno

31. января 2019 Кино 0

Əslində hamı buna Şillə deyir, halbuki doğrusu Sillədir. Amma, problem hərfdə deyil…

#Ogün, Əlixanın videosuna baxdım. Hansındakı o tənqid edən tamaşaçıya sillə vurur və deyir ki, xoşuna gəlmir, get özün çək. Bu Adam nə çəksin? 
1. Susmaqdan vicdan əziyyəti çəksin? 
2. Son filmlərə baxmaqdan əziyyət çəksin?
3. Nərə çəksin?
4. Gebib özü film çəksin?

Mən də son illərdə yerli filmləri çok tənqid edirəm. Onlardan “Kəklikotu” filminin hazırlanma səviyyəsi və reklamı yaxşıdır. “Pərdə”lərin süjet xətti və dialoqlarını bəyənmişdim. Digər filmlər isə tənqidimə məruz qalmışdı. Yerli Kino industriya bərbaddır. Neçə illər öncə “kinoda pul var” statüsü yazanda belə kinonu nəzərdə tutmurdum. 

Yaxşı film çəkə bilməyərək, tamaşaçını tənqid etmək nə qədər etikdir? Heç olmasa gedin YouTube-da “Zabit Şərəfi” filminə baxın. Görün necə filmlər çəkə bilən oğlanlar var. Вугар Исламзадэ-nin filmidir.

Mən uşaqlıqdan kinomanam. Rejissor olmağı arzulayırdım. Bir çox azərbaycan filmlərinə baxmışam. Köhnə filmləri və yeniləri qarşılaşdırsaq yerlə göy qədər fəqr var. “O olmasın, bu olsun”, “Bizim Cəbiş müəllim”, ”7 oğul istərəm”, “Gün keçdi”, “Əhməd haradadır”, “Qaynana”, “Sehrli xalat”, “Мерзавец” və digər filmləri göstərmək olar. Əvvəl keyfiyyətli və maraqlı filmlər var idi. Bəs nə oldu ki, bu vəziyyətə düşdük axı?! Takşto, günahkar tamaşaçı deyil.

Söhbət büdcəyə gəlsə, o da problem deyil. Çünkü elə filmlər var ki, az büdcə ilə də yaradıblar. Məsələn “Rokki” filmi cəmi 1 milyon dollara başa gəlib və 225 milyon dollar pul qazanıb. Bundan çox az büdcə ilə çəkilən digər filmlər də var, internetdə onları tapmaq olar.

Dediyim odur ki, əsl sübut yaxşı film çəkib, onu bazara düzgün yeritməkdir. Yoxsa, bu vaynerlər adlanan vlogerlər kimi “Porno” çəkmək lazım deyil.

Photo Ceyhun Abdulla

#rmblog #gülbaşımıza #kino #sillə