Qəhvəxana

26. апреля 2018 Случай 0

İndiki Starbucks-ın qarşısında 2 qadın mübahisə (yəni SPOR) edirdi. Biri o birinə əminliklə diaqnoz təyin edərək:
— Azz, Qəhvə, özüvü Adam bilirsəng? Çuşkasan dana!
— Qəhvə nəslingdi. Çuşka nəcabətingdi. Get s… — deyə diaqnozu qəbul etmədi və müsahibinə qısa məsləhətlər verdi.

Sonra da bir birinin saç düzümünə müdaxilə edərək, ukladka elədirlər. Ən maraqlısı isə o idi ki, orada toplananlar böyük həvəslə bu səhnəni izləyirdilər. İstədim totaliztor açım ki, camaat bom boş dayanmasın, pul qazansın.

Bu illər öncə olan hadisə bu gün yadıma düşdü. O zamandan Qəhvəxanaların sayı artmağa, azərbaycanlılar çayxanalardan kofeynilərə emiqrsaiya etməyə başlayıblar.

Zaman dəyişir, amma ehtiraslar deyil.

#rmblog #sabounxeyir #gülbaşımıza