Saqqal məsələsi

11. июля 2018 Случай 0
Saqqal məsələsi

#Ogün Bahram Arif Bagirzadenin maşınında oturub fəlsəfi söhbət edirdik. O da bu gün uzə çıxdı. Bu söööbətə dərin məna yerləşdirmişdim. Onu anlamaq üçün bir az məntiq olması şərtdir. Lakin videonun altında kommentləri oxuyanda məni gülmək ttutmuşdu. Həm anlayan var idi, həm də anlamayan. Neqativ kommentləri elə məhz saqqal saxlayan və özünə güvəni olmayan oğlanlardan gəldi. #Gülbaşımıza

Söööbətin məğzi, yəni leytmotivi ondadır ki, hamı dəbə uyaraq eyni şeyi edir, yəni öz qərarı ilə deyil, qonşuda var, məndə də olsun məsələsi. Saqqal moda düşəndən sonra yaraşdı-yaraşmadı saxlayırlar. Həm də bunu daha yaşlı görünmək üçün edirlər. Bir neçə nəfərdən soruşanda, dedmişdi ki, saqqalımı qırxsam, çox gənc görsənəcəyəm. Yəni, məni uşax-muşax sayıb, saymayacaqlar.

Mənim heç zaman saqqalım olmayb (bir dəfə 20 gün istisna olmaqla), amma 22 yaşımda artıq məndən 2 dəfə yaşlı adamları idarə etmişəm, və sözümdən çıxan olmayıb. Hörmət saqqalla deyil, zəhm, bacarıq, savad və daxili özünə güvəndən yaranır. Bunlar İsə bir elektomaqnit sahə kimi insanı əhatə edir və ora daxil olan hər kəsi hörmət etməyə vadar edir. 29 Yaşımda böyük xarici şirkətlərin sahibləri, yüksək rütbəli dövlət məmurları ilə görüşəndə eyni səviyyədə hörmət görmüşəm, çünki o zamanlar çox ciddi və ambisiyalı idim. Belə gülüb zarafat etməyimə baxmayın, işdə və danışıqlarda sərt oluram ki, o da bəzilərini şok edir.

Bəhramla hələ 90-c illərdən tanışlığımız var, və o zamanlar bizim saqqalımız olmasa da, çox böyük hörmətimiz olub, var və olacaq. Amin!

#rmblog #yolaver #saqqal