Taksi

17. апреля 2018 Кино 0
Taksi

Bu gün CinemaPlus-da Taksi 5 filminin azərbaycan dilnidə dublyajının press baxışında oldum. Taksi filmi azərbaycan dilində daha geniş tamaşaçının baxmasına imkan yaradır. Həm də tərcümə dilimizə uyğunlaşıb, çox zaman bizim terminlərdən istifadə olunur.

Mənim diqqətimi çəkən ən başlıca səbəb o oldu ki, tək Bakıda 60-a yaxın taksi xidməti təklif edən şirkət olsa da, onların heç birinin reklamını orada görə bilmədim. Halbuki, bu onlar üçün prestijli ola bilərdi.

Çox illər bundan öncə Apple partnyoru olduğum zaman, xəbərlərdə “Steve Jobs” filminin anonsunu oxuyanda, PR menecerimi çağırdım və Cinema Plus ilə bu filmin sponsorluğunun müzakirəsi üçün görüş təşkil etməsini tapşırdım. Sabahı günü görüşdə qarşı tərəf hətta təəcübləndi, razılaşdıq və baş sponsor olduq. Məqsəd bizim markanın Jobsla assosiasiya olunmasına nail olmaq idi. Oldu da. İmij reklam alıcıların şüur altına yazılır və lazım olduqda işləyir. Reklam o demək deyil ki, görən kimi qaçıb malların hamsını alacaq.

Mən deyəndə ki, Azərbaycanda PR və reklam mütəxəssislərini gündüz vaxtı çıraqla tapmaq olmur, inciyirlər. Sonra da deyəndə ki, satış yoxdur, heç təəcüblənmirəm.

Filmə gəldikdə isə, əvvəlki “Taxi” filmlərindən fərqli olaraq yeni filmdə Lyuk Besson artıq şittiyə daha çox güc verib. Sami Naserini isə Frank Qastambid əvəz edib. O xarismatik aktyor olsa da, amma Naserinin yerini vermir.

P.S. Birdə ki, onu gördüm ki, Mercedes, Ferrari və Lamborghini filmdə əməlli başlı product placement edib. Bizimkilərin gözündən iraq.

#rmblog #gülbaşımıza #kino #taxi5