Türkün sözü

02. марта 2019 Случай 0

#Ogün Starbucksda uzun masanın arxasında oturub, məqaləni hazırlayırdım. Qarşımda 1 azərbaycanlı xanım, yanında da bir 1 türk arkadaş əşləşdilər. Onların söhbətləri diqqətimi çəkdi. Qadın işvə-nazla, amma çox yerli yerində danışırdı, özü də çisti azərbaycanca. İnanmayacaqsınız, türk kardeşimizdə azərbaycanca danışırdı. Özü də çox yaxşı, amma türk ləhcəsi ilə. Hətta ona zəng edəndə belə, telefonun o tayındakı azərbaycanlı ilə belə.

Onların münasibətində bir-birinə çox böyük hörmət hiss olunurdu, həm də müəyyən hisslərin olması. Gənc deyildilər, hərəsinin 35-40 yaş civarında olduğunu gözəyarı təyin etdim. Onların bir biri ilə çox nazik olmaları da çox maraqlı idi.

Bunun səbəbi, qadının güclü olması, özünə hörmət, güvən və dilinə hörmətdən irəli gəlir. Yəni mənim sahəmdəsənsə, mənim qanunlarımı qəbul et deyirdi. Yadıma düşdü ki, kişilərin çoxu heç əməlli başlı türkcəni bilmədən necə gəldi onlarla danışırlar. Çox zaman gülünc olur. Elə o «buna da sok» məsələsi kimi.

Onlara baxaraq, hər ikisinə əhsən dedim, çünki hər ikisi olduğu ölkəyə, xalqa və bir-birinə hörmət edirlər. Çox türk tanışlarım var, hansılar ki, uzun illərdir burada yaşayırlar. Məhz onlarla biz türkcə deyil, azərbaycanca danışırıq. Bax bu bir-birimizə hörmət deməkdir. Türkiyəyə gedəndə isə türcə danışmaq (əlbəttə ki, bacarırsansa) o ölkəyə hörmət deməkdi. Diyilmi, Abiler və Ablalar?

Лейтмотив статуса: В кофейне напротив сели азербайджанка и турок средних лет. По их общению ясны были нежные чувства друг к другу. Они общались на чисто азербайджанском. Это и есть уважение друг к другу, стране и языку. Значит женщина сильная, тем самым ему дала понять, если ты на моем поле, играй по моим правилам и мужчина уважает ее правила. А то некоторые азербайджанцы не зная турецкого, говорят с ним на смешном языке. 

#rmblog#gülbaşımıza#dilOtu